“DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi başa çatdı

medeniyyet
30-01-2020, 20:35 1369
“DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi başa çatdı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi başa çatmışdır.
Vətənpərvərlik, vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarınızı inkişaf etdirilməsi, bədii düşüncə tərzi, zövq və yaradıcılıq duyğularınızın formalaşdırılması, habelə, rəssamlıq sənətinə marağınızı stimullaşdırmaq məqsədi ilə keçirilən müsabiqəyə ölkəmizin əksər güşələrindən 1200-dən çox uşaq və yeniyetmə vertual qaydada 2000-dən çox əsər təqdim etmişlər.
Nəzərinizə çatdıraq ki, 25-26 dekabr 2019-cu il tarixlərində 12 yaşa qədər və 12-17 yaş arası kateqoriyasında iki gün mütənasib olaraq, 170 və 180 uşağın hər birinin 1 əsəri ilə Xətai Sənət Mərkəzində sərgilənib və bu sərgilərdən təkrar canlı seçimdə 17 uşaq sərgi-plenerdə iştirak haqqı qazanıb.
Reqlamentə uyğun olaraq, sərgi-plenerə əsərinə daha az müdaxilə olunmuş (müəllim və ya valideyn tərəfindən), yaşına uyğun, duyğu və düşüncələri nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ideya əsas götürülməklə seçilmiş uşaqlara üstünlük verilmişdir.
Müsabiqənin mükafat fondu olan seçilmiş müəlliflərin qrup sərgisi kimi nəzərdə tutulmuş SƏRGİ-PLENERDƏ 17 balaca rəssam hər biri 3 əsəri ilə təmsil olunmaqla yanaşı, tədbirin açılışından 2 saat əvvəl sərbəst mövzuda ərsəyə gətirdikləri əsərlər sərgi-plenerdə təqdim olunacaq.
Sərgi-plener 03 fevral saat 16:00-da Xətai Sənət Mərkəzində açılacaq.
Sərgi-plener iştirakçıları diplomla təltif olunacaq.