Bakıda iki mərkəzi yolda təmirlə bağlı sıxlıq yaranıb - FOTO

sosial
9-04-2024, 15:43 43
Bakıda iki mərkəzi yolda təmirlə bağlı sıxlıq yaranıb - FOTO Bakıda iki mərkəzi yolda təmirlə bağlı sıxlıq yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, Nərimanov rayonu, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzinin qarşısında və Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yolda təmir işləri aparılır. Bu səbəbdən də hər iki prospektdə, mərkəz və metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.

Bakıda iki mərkəzi yolda təmirlə bağlı sıxlıq yaranıb - FOTO