Karate üzrə milli komandamız yeni mövsümdə mübarizəyə başlayır

idman
8-01-2020, 21:27 1141
Karate üzrə milli komandamız yeni mövsümdə mübarizəyə başlayır Karate üzrə böyüklərdən ibarət əsas milli komandamız 2020-ci il mövsümündə mübarizəyə başlayır.
Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, qadın komandasının lideri İrina Zaretska (-68 kq) 10-12 yanvar tarixlərində Çilinin paytaxtı Santyaqoda Karate1 Seriya A turnirində iştirak edəcək. Dünya və Olimpiya reytinqinin birincisi İ.Zaretskanı Cənubi Amerikada qadınların baş məşqçisi Denis Morozov müşayiət edəcək.
Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi qatılacaq. Yarışın hər mərhələsi idmançılara olimpiya reytinq xalları qazandıracaq.