Meqan Rapino ilin ən yaxşı qadın futbolçusu seçilib

idman
25-09-2019, 10:32 930
Meqan Rapino ilin ən yaxşı qadın futbolçusu seçilib ABŞ-ın futbol yığmasının yarımmüdafiəçisi Meqan Rapino FİFA tərəfindən "İlin ən yaxşı qadın futbolçusu" elan edilib.
Qadın futbolçu milli komanda ilə birlikdə dünya çempionu olub.
Mükafata, həmçinin daha bir amerikalı futbolçu Aleks Morqan və İngiltərə yığmasının müdafiəçisi Lyusi Bronz iddialı olublar.