Müdafiə Nazirliyi: Avqustda düşmənin 18 hərbçisi ölüb

sosial
3-09-2015, 10:00 703
Müdafiə Nazirliyi: Avqustda düşmənin 18 hərbçisi ölüb Yalnız avqust ayı ərzində düşmən 18 ölü və 50 nəfərədək yaralı olaraq hərbi qulluqçusunu itirib.
Rəsmi təsdiqlənməmiş, şişirdilmiş, çox zaman səhv olan, real vəziyyəti düzgün əks etdirməyən xəbərləri tirajlamaqla, erməni dəyirmanına su tökməyə can atan bəzi insanların milli mənşəyi də artıq şübhə doğurmağa başlayır:
"Müdafiə Nazirliyi cəbhəboyu zonada baş verən hadisələrlə bağlı, təhlükəsizlik baxımından ictimailəşdirilməsi məqsədəuyğun olan istənilən xəbərləri mütəmadi açıqlayır və eyni zamanda bu tip xəbərlərin yayımlanmasına həssaslıqla yanaşılmasını növbəti dəfə tövsiyə edir".