Zakir Həsənov Metnarla görüşdə

siyaset
17-10-2018, 22:30 1271
Zakir Həsənov Metnarla görüşdə
Çexiyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkədə keçirilən “Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018”də iştirak edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Realfakt.Az-a verilən məlumata görə, oktyabrın 17-də sərginin rəsmi açılış mərasimindən sonra general-polkovnik Z. Həsənovun çexiyalı həmkarı Lubomir Metnar ilə ikitərəfli görüşü keçirilib.
Görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də regiondakı təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.