Hansı jurnalistlərə ev veriləcək?

sosial
2-09-2015, 15:19 920
Hansı jurnalistlərə ev veriləcək? “Jurnalistlərə mənzil verilməsi ilə bağlı kriteriyalar bina hazır olandan sonra müəyyənləşəcək”
Bunu AzVision.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
MŞ sədri bildirib ki, hazırda bina hazır olmadığı üçün bu haqda danışmaq tezdir.
“Ötən dəfə müvafiq qurumlardan kimin mülkiyyətində evin olub-olmaması ilə bağlı sənədlər yığılırdı. Bu məsələdə daha çox ağırlıq redaksiyaların üzərinə düşür. Orada hər kəs bir-birini tanıyır. Mətbuat Şurasına müraciət edən redaksiyalar da öz aralarında iclas keçirilər. İclasda açıq səsvermə ilə səs verirlər”.
Jurnalistlərin mənzil almaq üçün müraciətlərini onların vicdanına buraxdığını deyən Ə.Amaşovun hesab edir ki, hər bir məlumatı vicdanla yazan jurnalist ev məsələsində də vicdanla davranmalıdır.
Qeyd edək ki, jurnalistlərin ilk binasında bu kriteriyalar əsas götürülmüşdü:
-Son 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada 5 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər.
Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər.