Azərbaycandan Türkiyəyə sürət yolu ilə

sosial
4-09-2018, 22:54 1229
Azərbaycandan Türkiyəyə sürət yolu ilə
Yaponiya Azərbaycandan başlayaraq, bütün Gürcüstanı əhatə edən və Türkiyə sərhədinədək uzanan magistral yolun inkişafı üçün 343 milyon dollar ayıracaq.
Realfakt.Az Gürcüstan KİV-ə istinadla xəbər verir ki, bununla bağlı müqavilə bu gün Tbilisidə imzalanıb.
Söhbət dağlıq Rikotsk aşırımından keçən yoldan gedir ki, burada da körpülər və tunellər tikiləcək. Gürcüstanda E-60 sürət yolu Azərbaycan sərhədindən başlayır və Qara dəniz sahillərində, Poti limanı yaxınlığında başa çatır.
Gürcüstan ərazisində dəhlizin uzunluğu 392 kilometrdir. Layihənin 2020-ci ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.