Qırıcılarımız erməniləri qorxuya salacaq

sosial
2-09-2015, 10:35 854
Qırıcılarımız erməniləri qorxuya salacaq “TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.
Müdafiə Nazirliyi Mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələri müştərək əməliyyatların planlaşdırılaraq keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, hava məkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər.