German Sterliqov: Gürcüstan məni Azərbaycana təhvil verərdi

sosial
1-09-2015, 13:40 924
German Sterliqov: Gürcüstan məni Azərbaycana təhvil verərdi “Rusiyaya gələndə təhlükəsizlik ərazisinə gəlirsən”.
Mən Azərbaycanın təşəbbüs ilə MDB beynəlxalq axtarışında olduğum üçün Azərbaycan istəyirdi ki, məni burada saxlayıb Azərbaycana təhvil versinlər. Amma Rusiya Federasiyasından Rusiya vətəndaşlarını vermirlər. Yadınızdadır, “Dondan ötürmə yoxdur”. Ona görə də hər şey qaydasındadır. Mən artıq Rusiya polisi tərəfindən dəqiq və tez yerinə yetirilən lazımi prosedurlardan sonra aeroekspressdə Moskvaya gedirəm. Məni oğlum gözləyir. Və biz öz kənd təsərrüfatımıza öz kənd işlərimizlə məşğul olmağa gedirik.
Oxu.Az xəbər verir ki, bu barədə işğal edilmiş Dağlıq Qarabağa səfər etdiyi üçün Azərbaycan tərəfindən cinayət axtarışına verilən rusiyalı biznesmen German Sterliqov “Komsomolskaya pravda”ya verdiyi müsahibəsində bildirib.
Xatırladaq ki, dünən Sterliqov Domodedovo aeroportunda saxlanılıb və bir neçə saatdan sonra buraxılıb.
Onun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının ona qarşı heç bir iradı yoxdur.
“Bundan başqa, məni nə Azərbaycana, nə də başqa bir üçüncü ölkəyə verilməyəcəyimə əmin etdilər. Çünki Rusiya vətəndaşlarının heç biri verilmir. Rusiya vətəndaşlarını Rusiya qanunları ilə mühakimə edirlər. Onlarla Rusiya hüquq-mühafizə orqanları məşğul olur”, - o deyib.
Sterliqov Rusiyaya qayıtdığına sevindiyini də bəyan edib:
“Mən rahat öz evimə gedirəm. Və artıq Rusiyaya gəlmişəm. Və buna çox şadam. Biz həyat yoldaşımla gedirik, o yanımda oturub, biz vətəndə, öz doğma yurdumuz Rusiyada olmağımıza çox sevinirik”.