Binəli Yıldırım Novruz Məmmədovu təbrik edib

siyaset
22-04-2018, 22:41 1252
Binəli Yıldırım Novruz Məmmədovu təbrik edib
Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycanın yeni baş naziri təyin edilən Novruz Məmmədovu təbrik edib.

Realfakt.Az Sonhaberler-ə istinadla xəbər verir ki, Milli Məclisin baş nazir təyin edilməsinə razılıq verməsindən sonra N.Məmmədova zəng edən B. Yıldırım ona vəzifəsində uğurlar arzulayıb.

B.Yıldırım və N.Məmmədov Türkiyə və Azərbaycanın “İki dövlət, bir millət” anlayışı ilə əməkdaşlığının davam edəcəyini, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıblar.