Flora Kərimova yıxılaraq qabırğasını sındırdı

medeniyyet
31-08-2015, 13:57 948
Flora Kərimova yıxılaraq qabırğasını sındırdı Xalq artisti Flora Kərimovanın səhhətində problem yaranıb. Sənətkar ANS-ə açıqlamasında, bağ evinin həyətində yıxılılaraq qabırğasını əzdiyini bildirdi: "İki gün əvvəl bağda gəzirdim. Arxaya addımlamaq istədim, ayağım çuxura düşdü. Möhkəm yıxıldım. Sağ tərəfdən ön hissədən qabırğam məni bərk incidir; nəfəs alanda ağrı verir, normal hərəkət edə bilmirəm. Əvvəlcə elə bildim, yüngül əzilmişəm, ona görə həkimə müraciət etmədim. Həm də şənbə və istirahət günləri olduğundan özüm müayinəni təxirə saldım. Həkimlə danışmışam, əlamətləri dedim, sınıqdan şübhələndi. Özüm də bilirəm ki, sınıb, çünki çox ağrıdır. İndi xəstəxanaya gedirəm, görək müayinə nə göstərəcək". Bu, Flora xanımın ilk sınığı deyil. Canlı karifey bir neçə il əvvəl yıxılaraq onurğa sütununda büzdüm sümüyünü, başqa bir hadisədə isə qolunu sındırmışdı. - See more at: http://axar.az/news/63181#sthash.DCIFjfpN.dpuf