Erməni ermənini azərbaycanlı bilib öldürdü

sosial
31-08-2015, 12:15 787
Erməni ermənini azərbaycanlı bilib öldürdü	Ermənistanın Qazaxla sərhəddə yerləşən Lələkənd (Tsaxkavan) kəndində bir erməni o birini azərbaycanlı sayaraq öldürüb.
ANS PRESS-in məlumatına görə, Ermənistanın Məhkəmə Departamentinin mətbuat xidməti yanvarın 4-də baş vermiş hadisə barədə bu gün məlumat verib.
İstintaqın ilkin rəyinə görə, Alik adlı Tsaxkavan kənd sakini axşam saat 10 radələrində yol kənarında naməlum adam görüb. Əslində o, kəndin sakini – 49 yaşlı Viktor olub. Alik onunla danışmaq istəyib, amma Viktor ona cavab verməyib.