ABŞ hansı halda nüvə silahından istifadə edə bilər?

dunya
3-02-2018, 21:48 1258
ABŞ hansı halda nüvə silahından istifadə edə bilər?
ABŞ nüvə silahından yalnız “fövqəladə hallarda” istifadə edə bilər, o cümlədən Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərinə qarşı qeyri-nüvə hücumu olarkən.

Realfakt.Az RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə nazirinin müavini Patrik Şenaxan bəyan edib.

“Nüvə doktrinasına əsasən, ABŞ fövqəladə hallarda özünün və müttəfiqlərinin maraqlarını müdafiə etmək üçün nüvə silahlarından istifadə məsələsinə baxa bilər”, deyə P.Şenaxan bildirib.

Onun sözlərinə görə, fövqəladə hallar kimi həmçinin qeyri-nüvə strateji hücumları nəzərdə tutulur.

Fevralın 2-də Pentaqon ABŞ-ın nüvə doktrinasını açıqlayıb. Sənədə əsasən, ABŞ-ın nüvə silahlarının yayılmaması və nüvə silahlarının azaldılmasına sadiq olduğu vurğulanıb. Bundan əlavə, sənəddə Rusiya və Şimali Koreya tərəfindən edilən təhdidlərdən bəhs edilir.