Peyğəmbər haqqında filmin çəkilişləri başa çatdı.

medeniyyet
28-08-2015, 12:24 897
Peyğəmbər haqqında filmin çəkilişləri başa çatdı. İran tarixində ən bahalı kinonun çəkilişi başa çatıb.
İranda ölkənin kinematoqrafiya tarixində ən bahalı filmi istehsal olunub.
Məlumata görə, “Məhəmməd Allahın elçisidir” adlı filmin çəkilişi artıq 7 ildir davam edir. Üç seriadan ibarət olan filmin çəkilişinə 40 milyon dollar sərf olunub. İran İslam Respublikasının istehsalı olan “Məhəmməd Allahın elçisidir” filminin rejissoru Məcid Məcididir. Onun sözlərinə görə, bu ekran əsəri peyğəmbərin həyatı haqqında ilk trilogiya olmalıdır.