Azərbaycanın valyuta ehtiyatları 40,6 mlrd. dollardır

gundem
13-07-2017, 22:14 1240
Azərbaycanın valyuta ehtiyatları 40,6 mlrd. dollardır
“İlin əvvəlindən qeyri-neft iqtisadiyyatı 1,7%, qeyri-neft sənayesi isə 4.4% artıb”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.

Prezident bildirib ki, bu il ölkə iqtisadiyyatına 5 mlrd. dollar sərmayə qoyulub. Azərbaycanın valyuta ehtiyatları hazırda 40,6 mlrd. dollardır: “Mövcud iqtisadi sabitlik qorunub-saxlanılmalı, istehlak qiymətlərinə daim nəzarət olunmalı, süni qiymət artımına imkan verilməməlidir”.

Dövlət başçısı qeyd edib ki, bu ilin yanvar-iyun ayları ərzində 122 min yeni iş yeri açılıb, onlardan 101 mini daimidir: “Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. Bax, budur gördüyümüz işlərin nəticələri. Bununla bərabər, idxal 15 faiz azalıbdır. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Hesab edirəm ki, hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir”.