Nazarbayev Bakıya gəlir

gundem
7-03-2017, 16:32 952
Nazarbayev Bakıya gəlir

Gələn ay Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər edəcək.

Realfakt.az xəbər verir ki,APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatiya Akademiyasında çıxış edərkən deyib.

Azərbaycan-Qazaxıstan münasibətlərinin səviyyəsi ilə bağlı sualı cavablandıran E. Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: "Qazaxıstanla münasibətlərimizi ən yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Fürsətdən istifadə edib, Qazaxıstanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibəti ilə təbrik edirəm".