Bakıda İran vətəndaşına 12 il həbs verildi

gundem
6-03-2017, 15:15 933
Bakıda İran vətəndaşına 12 il həbs verildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İran İslam Respublikası vətəndaşı Rəsul Purxoylu Eynullanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Realfakt.az-ın “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan iclasda hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə R.Purxoylu 12 il müddətinə azadlıqdan məhrum edilib.