Naxçıvanın Konstitusiyasına dəyişiklik ediləcək

gundem
21-02-2017, 09:06 961
Naxçıvanın Konstitusiyasına dəyişiklik ediləcək

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclasının çağırılması haqda qurumun sədri Vasif Talıbov qərar imzalayıb.

"Realfakt.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sessiya 2017-ci il fevral ayının 23-nə təyin edilib. İclasda 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr, NMR-nın 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi, NMR-nın Konstitusiyasında dəyişikliklər edilməsi müzakirə olunacaq. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.