Xaçmazda ev yanıb

gundem
20-02-2017, 09:52 1101
Xaçmazda ev yanıb

Bu gün Xaçmaz rayonu, Üçgünqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndin yanar konstruksiyaları 50 m2 sahədə və dam örtüyü 50 m2 sahədə yanıb.

Realfakt.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.