Əlilliyin qiymətləndirilməsi prosesi avtomatlaşdırılacaq

sehiyye
17-11-2016, 15:57 1228
Əlilliyin qiymətləndirilməsi prosesi avtomatlaşdırılacaq
"Azərbaycanda əlilliyin qiymətləndirilməsi prosesi elektron formada aparılacaq. Bu, vətəndaşlarla məmur arasında ünsiyyəti aradan qaldıracaq".

Realfakt.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov bildirib: "Nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində tibbi-sosial ekspertiza üzrə alt sistem yaradılıb. Bu sistem əlilliyin qiymətləndirilməsi prosesini avtomatlaşdırmağa imkan verəcək".

Nazirin sözlərinə görə, ikinci və üçüncü qrup əlillərin təkrar yoxlamadan keçirilməsi müddəti 5 ilədək artırılıb.