Azərbaycanlıların kafelərini yandıran "Ağ canavarlar"a hökm oxundu

gundem
13-10-2016, 12:02 1036
Azərbaycanlıların kafelərini yandıran "Ağ canavarlar"a hökm oxundu

Rusiyanın Kurqan vilayətinin Şadrinsk şəhər məhkəməsi "Ağ canavarlar" adlı ekstremist təşkilatının üzvlərinə hökm oxuyub.

Realfakt.az lent.az-a istinadən bildirir ki, "Ağ canavarlar" Şadrinskdə azərbaycanlılara məxsus kafelərin yandırılmasında iştirak etdiklərinə görə mühakimə olunublar.

Məhkəmə dəstə üzvlərinin hər birini 6 il müddətinə azadlıqdan məhrum edib. Dəstənin bir üzvü yetkinlik yaşına çatmadığına görə məhkəmə zalından azadlığa buraxılıb.