Rəqsanənin anası əməliyyat olunacaq

gundem
13-10-2016, 11:46 1047
Rəqsanənin anası əməliyyat olunacaq

Müğənni Rəqsanə İsmayılovanın anası Adilə xanım əməliyyat olunacaq.

Realfakt.az məlumatına görə, bu haqda ifaçı özü İnstaqramda yazıb.

O bildirib ki, bunun üçün çox narahatdır:

"Allah hamını sevindirib, arzusuna çatdırsın. Allaha şükür, qorxu çəkdiyim bir şeyin asan yolu olduğunu bildim, dünya mənim oldu.

Başımın tacı anamın əməliyyatını həkim boynuna götürdü, onu sağ-salamat əlimizə verəcək. Bundan gözəl xoşbəxtlik ola bilərmi?"