Türkiyənin Azərbaycandakı yeni səfirinin təyinatı rəsmiləşib

gundem
26-08-2016, 11:45 1020
Türkiyənin Azərbaycandakı yeni səfirinin təyinatı rəsmiləşib
Türkiyənin xarici ölkələrdəki 22 səfirinin yerlərinin dəyişdirilməsi barədə daha əvvəl qəbul olunmuş qərar rəsmiləşib.
APA-ya istinadən, qərar "Resmi Gazete"də dərc olunaraq qüvvəyə minib.
Səfirlərdən 12-si mərkəzi aparata çağırılıb. Onların arasında Azərbaycandakı səfir İsmayıl Alper Coşkun da var. Yeni səfir - Türkiyə XİN-in baş direktor müavini Erkan Özoral yaxın vaxtlarda Azərbaycanda fəaliyyətə başlayacaq.