Azərbaycanlı neft milyonçusunun bağ evində tarixi "dəfn etdilər"

gundem
26-08-2016, 11:40 1111
Azərbaycanlı neft milyonçusunun bağ evində tarixi "dəfn etdilər"
İri Bakı neft sahibkarı, mesenat Murtuza Muxtarovun Mərdakandakı bağ evinin fasadı təmir olunur.
Baku.ws-ə istinadən, Mərdəkanda yerləşən Dendrologiya İnstitutundakı bağ evinin fasadı aqlayla üzlənir. Eyni "qotik" üslubunda "gəmi" formasında layihələndirmiş bu tarixi bina Murtuza Muxtarovun ən çox sevdiyi bağ evi olub. Nə qədər qəribə olsa da, binanın restavrasiyası zamanı tarixi görkəm nəzərə alınmayıb. Müasir üslubda təmir olunan bina kənardan restoranı və ya bələdiyyə binasını xatırladır.
Neft milyoneri Murtuza Muxtarovun xüsusi həvəslə inşa etdirdiyi bağ evinin divarların eni 1 metr, hündürlüyü isə 8 metrdən ibarərdir. Binaların eyvanı hər yandan gəmi kayutasını xatırladır. Sarayın qərb istiqamətində sağ tərəfdə yataq otağı, sol tərəfdə isə yemək otaqları mövcuddur. Şərq tərəfdə isə qulluqçuların yaşayışı üçün ikimərtəbəli bina ucaldılıb.
O, Abşeronu gəzib onu ən gözəl guşəsi və iqlim şəraitini nəzərə alaraq məhz Mərdəkanda bugünkü Dendrologiya İnstitutunu özünə bağ evi seçmişdir. Buraya Lənkarandan gəmilərlə torpaq gətirilmiş və bağa 60-80 sm qalınlığında əlavə torpaq verilmişdi. Ümumi sahəsi 12 ha olan Dendrologiya İnstitutu Abşeron yarımadasının şimal-şərq hissəsində, Xəzər dənizindən 3,2 km, şəhərin mərkəzindən isə 40 km məsafədə yerləşir. Ərazi dəniz səviyəsindən 8,2m hündürlükdə olub, illik orta temperatur təxminən 13-15C-yə bərabər olur. Qış aylarında temperatur 8-8,2 C təşkil edir, isti yay günlərində rütubətlik 35- 40% aşağı düşür. Abşeronda illik yağıntının miqdarı 120-270 mm-dir. Bu baxımdan Abşeron yarımadasının iqlimi quru subtropik, mülayim subtropik zonalarının iqliminə oxşardır.
Bağda su hovuzları ilə yanaşı, 6 süni şəlalə inşa edilib ki, bu da bağın ümumi kompozisiyasında çox gözəl görünür. Dendrologiya İnstitunun tarixini əks etdirən inşası hələ də hansı əsrə aid olduğu məlum olmayan 4 ədəd yeraltı su kəhrizi təkcə bu bağ üçün deyil, həmçinin respublikamız üçün tarixi abidə sayılır. Quyuların diametri 8-13 m, orta dərinliyi isə 36 m təşkil edir. Bu quyuların 3 keçid xətti var.