Metroda nasazlıq: Lövhəni nəzarətçilər əvəz edirlər - FOTO

gundem
23-08-2016, 09:47 1163
Metroda nasazlıq: Lövhəni nəzarətçilər əvəz edirlər - FOTO
Milli.Az xəbər verir ki, bu gün səhər saatlarında metronun "Gənclik" stansiyasında qatarların hansı istiqamətdə ("İçərişəhər", "Dərnəgül") hərəkət etdiyini göstərən elektron lövhələr işləməyib. Bu isə sərnişinlər arasında müəyyən çaşqınlıq yaradıb.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Milli.Az-a bildirib ki, həqiqətən də texniki səbəblərdən elektron lövhələrdə nasazlıq yaranıb: "Hazırda problemin aradan qaldırılması üçün işlər gedir. Hələlik qatarların hansı istiqamətdə getdiyini onları qəbul edib yola salan nəzarətçilər səsgücləndiricilər vasitəsilə elan edirlər".