Ərdoğan xanımı və kürəkəni ilə Amerikada - Məhəmməd Əli üçün...

maraqli
10-06-2016, 12:36 976
Ərdoğan xanımı və kürəkəni ilə Amerikada - Məhəmməd Əli üçün...
Xəbər verdiyimiz kimi, iyunun 4-də tənəffüs yollarında yaranmış problemə görə vəfat edən boksçu Məhəmməd Əlinin ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində cənazə namazı qılınıb.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Freedom Hall”da keçirilən mərasimə prezident Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğan və kürəkəni, energetika naziri Berat Albayraqla qatılaraq namaz qılıb və dua edib.
74 yaşında dünyasını dəyişən əfsanəvi boksçunun cənazə namazını ABŞ-da müsəlman toplumunun öndərlərindən biri olan İmam Zaid Şakir qıldırıb.
Qeyd edək ki, məhəmməd Əli iyunun 10-da “Cave Hill” qəbiristanlığında dəfn olunacaq. Dəfn mərasimində ABŞ-ın eks prezidenti Bill Klinton da çıxış edəcək.