Polisin tələbinə əməl etdi, radara düşdü

sosial
8-06-2016, 12:27 1055
Polisin tələbinə əməl etdi, radara düşdü
Bəzən yollarda yaranan tıxacları aradan qaldırmaq üçün hərəkəti tənzimləyən yol polisi əməkdaşı avtomobillərin qoşa xəttin tələbini pozaraq qarşı yola çıxmasına icazə verir.
Xezerxeber-ə istinadən, vətəndaş Ceyhun Mirzəyev iddia edir ki, bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonu Bakıxanov küçəsində xidmətdə olan yol polisləri ona və digər sürücülərə əks yola çıxmaları üçün işarə veriblər.
Sürücüyə gələn protokoldakı şəkildə də, Səməd Vurğun küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsində nizamlayıcı-inspektor görünür. Sürücü Ceyhun Mirzəyev bununla bağlı Baş Dövlət Yol Polis İdarəsinə müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsdovun sözlərinə görə belə halla rastlaşan sürücülər cəriməni ödəməzdən əvvəl yol polis idarəsinə müraciət etməlidirlər.
Bölmə rəisi onu da qeyd edib ki, əgər bu cür vəziyyətdə elektron protokol tərtib edən ''MMX'' radara düşməsi ilə bağlı sürücünün ünvanına məktub gəlirsə həmin radarın da video görüntülərinə baxış keçirilir. Sürücü haqlı olarsa o, inzibati məsuliyyətdən azad edilir.