Sergey Markov: "Moskva və Ankara Bakının vasitəçiliyini qəbul etməlidirlər"

siyaset
26-05-2016, 15:07 1026
Sergey Markov: "Moskva və Ankara Bakının vasitəçiliyini qəbul etməlidirlər"
"Rusiya və Türkiyə rəhbərliyi Azərbaycan və Qazaxıstana onlar arasında vasitəçi olmaq imkanı verməlidirlər".
Publika.az-a istinadən, bu barədə rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərində ən böyük problem etibarın bərpa edilməsidir: "Vasitəçilər də məhz etibarın olmadığı vaxt lazımdır. Azərbaycan və Qazaxıstan həm Türkiyə, həm də Rusiyaya yaxın ölkələrdir. Hər iki prezident - həm İlham Əliyev, həm də Nursultan Nazarbayev güclü liderlərdir. Onlar bu missiyanı reallaşdırmağı bacaracaqlar. Ankara və Moskva onların təşəbbüslərini ciddi qəbul etməlidir".