Bakının məşhur otelində ölüm - Nişanda

hadise
24-08-2015, 11:05 911
Bakının məşhur otelində ölüm - Nişanda Bakının ən məşhur otellərindən birində ölüm hadisəsi baş verib. Axar.az baku.ws-ə istinadən xəbər verir ki, Baku Boulevard oteldə keçirilən nişan mərasimi zamanı Verdiyev Firdovsinin halı pisləşib. Dərhal həkim çağırılıb. Lakin təcili yardım həkimləri gələnə qədər həmin şəxs dünyasını dəyişib. Bəzi məlumatlara görə, həkimlərin xəstə üstünə gec gəlməsi üzündən həmin şəxs dünyasını dəyişib. Məsələ ilə əlaqədar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib ki, həkimlər hadisə yerinə 19 dəqiqəyə çatıblar. Çağırış 22:06-da olub. Təcili yardım briqadası isə 22:25-də hadisə yerinə çatıb.