ADMİU-da Yaddaşlarda yaşayan Xocalı adlı tədbir keçirilib.

medeniyyet
29-02-2016, 14:04 2452
ADMİU-da Yaddaşlarda yaşayan Xocalı adlı tədbir keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunan silsilə tədbirlərdən biri də fevral ayının 26-da keçirilib. Tədbiri Universitetin Kulturologiya fakültəsinin dekanı Vasif Adilov giriş sözü ilə açaraq Xocalı soyqırımından, düşmənlərin əli yalın insanların, qadın, uşaq və yaşlıların başına acıdığı müsibətlərdən, o dövrün çətinliklərindən, indiki gəncliyin öz milli kimliyini dərk etmələri, xaricdə vətənlərini ən yüksək səviyyədə təbliğ etmələri üçün xarici dil bilgilərini artırmalı olduqlarını deyib. Daha sonra dekan sözü tədbirə dəvət olunmuş Avropa Azərbaycan Cəmiyyətinin koordinatoru, “Visions of Azerbaijan” jurnalının redaktoru, Böyük britaniyalı jurnlist İan Piertə verib. O
ADMİU-da Yaddaşlarda yaşayan Xocalı adlı tədbir keçirilib.
“Xocalı xarici vətəndaşların gözü ilə” mövzusu ilə çıxış edərək, Xocalı faciəsinə həsr etdiyi ingilis dilində olan kitabını nümayiş etdirib və onun yazılma ideyasından danışıb. Xarici jurnalist bu kitabın dünyanın bir çox ölkələrində təqdimatını keçirdiyini, hər dəfə də o ölkələrdə olan ermənilərin etirazı ilə
ADMİU-da Yaddaşlarda yaşayan Xocalı adlı tədbir keçirilib.
qarşılaşdığını bildirib. O qeyd edib ki, faktlara əsaslanan bu kitab ermənilərə bir cavabdır. Daha sonra İan Piert Xocalı soyqırımının canlı şahidləri ilə görüşlərdən, mübahisələrdən topladığı hadisələrdən birini, 12 yaşlı Yasəmənin tükürpərdici hekayəsini tələbələrlə bölüşüb. Daha sonra Universitetin rektoru professor Fərəh Əliyeva çıxış edərək bütün insanlığa qarşı olan b u vəhşiliyi bütün dünyaya çatdırmağa çalışan qonağa təşəkkürünü bildirib və bütün tələbələrə bu
ADMİU-da Yaddaşlarda yaşayan Xocalı adlı tədbir keçirilib.
kitabı oxumağı məsləhət görüb. Tədbirdə Universitetin Sosial və Siyasi elmlər kafedrasının müdiri Xaləddin Sofiyev də “Yaddaşlarda yaşayan Xocalı”, IV kurs tələbəsi Elnarə Kərimova (muzeyşünas)-“Bəşəriyyətin amansız cinayəti”, III kurs tələbələri Nərgiz Hüseynova (sənətşünas) “Xocalı daim diqqət mərkəzindədi”,
ADMİU-da Yaddaşlarda yaşayan Xocalı adlı tədbir keçirilib.
Fidan Böyükbabalı, “Xocalı rəsm əsərlərində” mövzusu ilə IV kurs tələbəsi Ülviyyə Hüseynova (sənətşünas) və başqaları çıxış ediblər. Tədbirdə tələbələrin ifasında ədəbi bədii kompozisiya da nümayiş olunub (Hüseynağa Aslanov, Ümman Budaqov, Murad Kəngərli, Azər Səlimov). Tədbirdə dəvət olunan TİKA-nın (Türk İşbirliyi kordinasyon ajansı ) nümayəndələri Mustafa Karadaş və Zaur Orucov da amansız Xocalı soyqırımına münasibətlərini, fikirlərini dilə gətiriblər.

ADMİU-da Yaddaşlarda yaşayan Xocalı adlı tədbir keçirilib.