Hindistan-Finlandiya qatarı Azərebaycandan keçəcək

maraqli
12-02-2016, 06:04 1013
Hindistan-Finlandiya qatarı Azərebaycandan keçəcək Moskvada “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı müzakirə olunub.
Moskvada “Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolları” QSC arasında əlverişli əməkdaşlığın inkişaf etdirilməsinə həsr olunan yığıncaq keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, tədbir “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov arasında əvvəlcədən əldə olunan razılığa uyğun olaraq baş tutub.
Yığıncaqda Rusiya-Azərbaycan istiqamətində yükdaşımaların təşkili, Azərbaycan Respublikasının tranzit potensialının inkişaf etdirilməsi, həmçinin maraqlı dövlətlərin cəlb edilməsi şərti ilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
“Rusiya Dəmir Yolları” ASC, “RDY Logistika” SC, “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Ekspress” MMC-nin nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikası, həmçinin Hindistan Respublikası (Cavahirləl Nehru limanı (Nava-Şeva) - İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara) - Azərbaycan Respublikası (Astara-Yalama), Rusiya Federasiyası (Samur-Moskva);
- Hindistan Respublikası (Cəvahirləl Nehru limanı (Nava-Şeva)-İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara)-Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Sankt Peterburq);
- Hindistan Respublikası (Cəvahirləl Nehru limanı (Nava-Şeva)-İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara)-Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Buslovskaya) - Finlandiya Respublikası (Helsinki);
- İran İslam Respublikası (Tehran-Astara) - Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Moskva) marşrutları üzrə yükdaşıma, nəqliyyat-ekspeditor xidməti, yüklərin boşaldılması və saxlanılması sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.
Müzakirələrdən sonra tərəflər yükdaşıma marşrutlarında müvafiq rəqabətə davamlı tariflər üzrə razılığa gəliblər.
2016-cı il mart ayının sonunadək bu marşrutlar üzrə ilk qatarın yola salınması gözlənilir.
Tərəflər arasında növbəti görüşün 2016-cı ilin mart ayında Bakı şəhərində keçirilməsi üzrə razılıq əldə olunub.