Azərbaycanda daha iki bank bağlanır

arasdirma
12-02-2016, 06:00 1181
Azərbaycanda daha iki bank bağlanır Söhbət "Bank Standard” ilə “AGBank”dan gedir.
Azərbaycanda daha iki bank bağlanır. Bir müddət əvvəl elan olunan “AGBank” ASC ilə “DəmirBank” ASC arasında nəzərdə tutulan konsolidasiya prosesinə xitam verilib.
Bununla belə, çoxillik fəaliyyəti nəticəsində əldə etdiyi nailiyyətləri yeni formada yaşatmaq, dəyərli müştərilərinə qabaqcıl standartlara uyğun xidmətin davamlı olaraq göstərilməsini və bankın illər ərzində formalaşan yüksək peşəkarlıq ənənələrinə sadiq işçi heyətinin bank xidmətləri bazarında fəaliyyətinin səmərəliliyini daha da artırmaq məqsədilə “AGBank” ASC, digər yerli bankla müvafiq məsləhətləşmələr aparıb.
Belə danışıqlar nəticəsində ölkənin aparıcı banklarından olan “Bank Standard” KB ilə ilkin razılaşma əldə olunub. Bu barədə bankların səlahiyyətli nümayəndələri tərəfindən 2016-cı ilin 11 fevral tarixində niyyət protokolu imzalanıb.
Əldə olunmuş razılaşmaya əsasən bankların nümayəndələrindən ibarət işçi qurupu “AGBank” ASC-nin OSC “Bank Standard” KB-a qoşulması layihəsinin gercəkləşdirilməsi istiqamətində birgə işlər aparılacaq.