Neft bahalaşmağa başladı

iqtisadiyyat
30-12-2015, 09:44 795
Neft bahalaşmağa başladı Manatın məzənnəsində də sürətli ucuzlaşma davam edir.
İlin son həftəsinə ucuzlaşma ilə başlayan neftin qiymətində cüzi bahalaşma müşahidə olunur. ANS PRESS-in məlumatına görə, hazırda dünya birjalarında “Brent” markalı neftin qiyməti son göstəricilərə nisbətən bir qədər bahalaşaraq 37.30 dollara qalxıb.
“Texas” markalı neftin qiyməti də dünənki göstəricilərdən üstündür. Belə ki, birjalarda hazırda “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti 37.21 dollardır.
Mənbə: Bloomberg
“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə dəyişməz qalaraq 38,05 dollar təşkil edib.
Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti cüzi ucuzlaşma ilə 1 qramı 34,37 dollar olub. Gümüşün qiyməti 1 qram üçün 0.44 dollar müəyyənləşib.
Mənbə: Bloomberg
Milli valyutamız olan manatın məzənnəsi avro və dollar qarşısında öz dəyərini itirməyə davam edir. Mərkəzi bankın üzən məzənnəyə keçid haqqında verdiyi qərardan sonra dollarda 50 faizə yaxın bahalaşma qeydə alınıb. Azərbaycan Mərkəzi Bankının dünənə olan rəsmi məzənnəsi isə belədir: 1 Dollar - 1.5578 AZN, 1 avro 1.7094 AZN, 1 rubl 0.0216 AZN.