Neftin qiyməti qalxdı

iqtisadiyyat
16-12-2015, 15:11 1032
Neftin qiyməti qalxdı Dünya bazarında neftin qiyməti yenidən artmağa başlayıb.
Hazırda Brent markalı neftin bir barreli üçün artım 1,83% təşkil edir. Belə ki, qiymət 38,86 dollardır.
WTI markalı neftin bir barreli isə 36,91 dollardan satılır. Bu, sözügedən markalı neftin qiymətində 1,67 faizlik yüksəliş deməkdir.
Qeyd edək ki, dekabrın 15-də neftin qiyməti son 7 ildə ən aşağı səviyyəyə-36.40 dollara düşmüşdü.