Salatın Əsgərovaya haqda sәnәdli film çəkilib

medeniyyet
24-11-2015, 10:47 1357
Salatın Əsgərovaya haqda sәnәdli film çəkilib Noyabrın 23-ü Bakı Şәhәr İcra Hakimiyyәti başçısı Aparatının Kino Xidmәti İdarәsi “Milli Qәhrәmanlar” sәnәdli filmlәr hәftәsi çərçivəsində rejissor İsmayıl Zeynalovun çəkdiyi Milli Qәhrәman Salatın Əsgərovaya hәsr olunan “23” adlı sәnәdli filmin tәqdimatı keçirilib.
Nizami kino mərkəzində baş tutan tədbirdə Milli Qәhrәman Salatın Əsgərovanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kino Xidmәti İdarәsinin rәisi Gültəkin Nəriman Milli Qәhrәman Salatın Əsgərovanın ömür yolunun gәnc nәslә örnәk olduğundan danışaraq bildirib ki, belә tәdbirlәrdә mәqsәd zaman-zaman Azәrbaycana xidmәt etmiş, ölkәmizin әrazi bütövlüyü uğrunda canından keçәrәk şәhidlik zivәsinә ucalmış mәrd oğul vә qızlarımızın vәtәnpәrvәrliyini, onların nәsillәrә örnәk ola bilәcәk hәyat yolunu tәbliğ etmәkdir.
Təqdimatda filmin ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazışı Ramiz Rövşən, Azərbaycanın xalq artistləri Flora Kərimova, kinorejissor Yalçın Əfəndiyev, Azər Zeynalov, Ailә Qadın, Uşaq Problemlәri üzrә Dövlәt Komitәsi, Ombusman Aparatı, Yasamal rayon İcra Hakimiyyәti, Qarabağ müharibəsi veteranlar, Əlillər və Şəhid ailələri İctimai birliyinin sədri Bəhram Şeydayev,Yasamal Ağsaqqallar Şurasının sədri akademik Kərəm Kərəmov, Müharibə və Əmək Veteranları İctimai Birliyinin sədri Almaz Qasımova, Salatın Əsgərovanın qələm dostu Nigar Məcidova, kütlәvi informasiya vasitәlәrinin әmәkdaşları iştirak edib.
Tədbirdə “23” adlı sәnәdli filimi nümayiş olunub. Milli Qәhrәman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov da tәdbirdә çıxış edib.
Qeyd edək ki, jurnalist Salatın Əsgərova "Molodejğ Azerbaydjana" qəzetinin müxbiri işləyib. O, 1991-ci il yanvarın 9-u Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşərək, qətlə yetirilib.