"Nuriyyə Əhmədovanın ölümünə səbəb onun bacı və qardaşlarıdır"

medeniyyet
19-11-2015, 11:12 1182
"Nuriyyə Əhmədovanın ölümünə səbəb onun bacı və qardaşlarıdır" Nahidə Orucova: "Aktrisaya nə sağlığında, nə də öləndən sonra qiymət vermirlər"
Nuriyyə Əhmədovanın ölümünə səbəb onun bacı və qardaşları olub.
Bunu əməkdar artist Nahidə Orucova deyib. Onun sözlərinə görə, Nuriyyə Əhmədova həmişə küçələrdə qalıb, bacı və qardaşları onu evinə buraxmayıb:
"Nuriyyəni bacıları heç vaxt evlərinə buraxmayıblar. Xüsusən, onun Maya bacısı çox pis adam imiş. Nuriyyə xanım neçə illər mənim yanımda qalıb. Ona görə demişdim ki, onun yasında, baş daşının götürülməsində ailəsinə köməklik edərəm. Bir tanış dostum var, mənə həmin ailəyə kömək etmək istəyirdi. Nuriyyənin bacısı dəfələrdə zəng vurub deyirdi ki, pulu gətirin də, mən yas verə bilmirəm, baş daşı düzəltdirməyə pulum yoxdur. Məni dəfələrlə söyüb. Ona görə də, daha o evə getmirəm, köməklik edən də deyiləm. Adamda üz qoymadılar", - deyə aktrisa Nahidə Orucova bildirdi.
Nahidə xanımın sözlərinə görə, Nuriyyə Əhmədovanın qız nəvəsini də heç kim evinə buraxmır. Hal-hazırda 18 yaşlı gənc oğlan məcburən babasıgildə qalır. Çünki Nuriyyə xanımın sağlığında o, heç vaxt orada olmayıb.
"Nuriyyə xanım çox yaxşı insan idi, çox sakit, heç kimə cavab verməyən insan idi deyə, onun başına belə bir oyun açdılar. Nə vaxt gəlib bizdə qalırdı, onun başını qatmaq üçün Qubaya, Qusara gəzməyə aparardım. Bilirdim ki, fikir edir. Mənə də çox şey demirdi, bacılarını pis eləmək istəmirdi. Amma nə vaxt onlardan qayıdırdısa, həmişə ağlayıb deyirdi ki: "Sən bilmirsən, Nahidə, onlar mənim ürəyimi partladırlar".
"Bu gün Nuriyyə xanımın rəhmətə getdiyinin qırxıncı günüdür. Öz evimdə süfrə açıb, halva çalmışam. Onsuz da o, ömrünün çox hissəsini bu evdə keçirib. Qoy, ehsanı da bu evdə olsun. Qonşularım da bu gün gəlmişdilər. Bu gün də cümə axşamıdır, yenə halva çalıb, qonşularımla qəbirin üstünə gedəcəm", - deyə məşhur aktrisa vurğuladı.
Azərbaycanın tanınmış aktrisası Nuriyyə Əhmədova bu ilin oktyabrın 10-da səhər radələrində 1 saylı Şəhər Kliniki Xəstəxanasında(Semaşko) keçinib. O, bir gün əvvəl qəfil halı pisləşərək, ürək ağrıları şikayəti həmin xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata əsasən, aktrisa ürəyin işemik xəstəlikdən, xəskin miakart infaktından dünyasını dəyişib.
Nuriyyə Əhmədovanın 2 bacısı və 2 qardaşı var.
Nuriyyə Əhmədova 1950-ci il 26 dekabrda Bakıda anadan olub. M.A.Əliyev adına ADİİ-da aktyorluq fakültəsində təhsil alıb (1970-1974). İlk fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
Xalq artisti bir çox filmlərdə çəkilib. Onun çəkildiyi sonuncu film isə "Sükutun pozulması" filmi olub. Bu filmi Los-Ancelesdə kino kursu keçmiş gənc rejissor Qüdrət Həmidov çəkib. Filmdə Nuriyyə Əhmədova oğlunu itirmiş ana rolunda oynayır. O, aktrisa bu filmə oğlunun ölümündən əvvəl çəkilib.