Hamlet İsaxanlı Lütfi Zadəni Bakıya dəvət etsə də...

medeniyyet
6-11-2015, 12:13 1464
Hamlet İsaxanlı Lütfi Zadəni Bakıya dəvət etsə də... Xəzər Universitetinin təsisçisi və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı ABŞ-ın Kaliforniya ştatında dahi alim Lütfi Zadə ilə görüşüb. Bu barədə Hamlet İsaxanlı özü məlumat verib.
Qeyd edək ki, Azərbaycan əsilli alim Lütfi Zadə artıq 50 ildən çoxdur ki, ABŞ-ın Kaliforniya ştatındakı Berkli Universitetində çalışır. Bir çox dünya əhəmiyyətli elmi nəzəriyyələrin müəllifidir.
Görüş alim çalışdığı Berkley Universitetində baş tutub. Modern.az-ın məlumatına görə, Hamlet İsaxanlı əvvəlcə böyük alimi fəxri qonaq kimi Xəzər Universitetinə dəvət etsə də, səhhəti üzündən bu, baş tutmayıb. Çünki sonuncu əməliyyatdan sonra həkimlər 94 yaşlı Lütfi Zadəyə təyyarədən istifadəni qadağan ediblər.