Vahid Əziz özündən çıxdı: “Brilliant Dadaşova, niyə demirsən ki…”

medeniyyet
29-10-2015, 15:35 1360
Vahid Əziz özündən çıxdı: “Brilliant Dadaşova, niyə demirsən ki…” Bir çox mahnıların söz müəllifi Vahid Əziz müğənnilərə qəzəblənib.
Şair onu əsəbiləşdirən müğənnilərin adlarını da çəkib:
“Deyirlər ki, ermənilər mahnılarımızı oğurlayıb öz adlarına çıxırlar. Əcəb eləyirlər, yeməyənin payını yeyərlər. Dəfələrlə mənim sözlərimə yazılan mahnıları böyük konsert salonlarında ifa edirlər. Amma bir dəfə də olsun müəllifin adını çəkmirlər. Brilliant Dadaşova, “Bayatıları”, Eyyub Yaqubov, “Bakım mənim”i oxuyanda niyə bir dəfə demirsiniz ki, bu mahnının söz müəllifi Vahid Əzizdir? Burdan-bura bizim müğənnilər adımı çəkmir, mahnını təqdim eləmir. Mahnılar tanınmalıdır, təqdim olunmalıdır. Ermənisi, rusu da baxıb görür ki, bu, öz mahnısını təqdim eləmir, deyir, mənə nə düşüb? Özümüz özümüzə dəyər verməyəndən sonra başqa millət bizə haradan dəyər verəcək?”