Noyabrda ardıcıl 3 gün iş olmayacaq

sosial
29-10-2015, 13:36 1076
Noyabrda ardıcıl 3 gün iş olmayacaq Nazirlər Kabinetinin qərarına əsasən.
Nazirlər Kabinetinin qərarına əsasən 9 noyabr Dövlət Bayrağı Günü qeyri-iş günü olacaq.
Noyabrın 7-si və 8-i şənbə və bazar gününə düşdüyündən Azərbaycan vətəndaşları noyabrda 3 gün istirahət edəcəklər, altıgünlük iş həftəsi ilə işləyənlər üçün 2 gün istirahət günü olacaq.
Qeyd edək ki, noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilsə də, Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunacaq. Milli Dirçəliş Günü – noyabrın 17-si də iş günüdür.