Dünya liderləri İbrahimbəyovun filmində oynasaydı...

medeniyyet
28-10-2015, 12:10 999
Dünya liderləri İbrahimbəyovun filmində oynasaydı... Rusiyalı rəssam Azərbaycanlı yazıçı Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Səhranın bəyaz günəşi” filminin motivləri əsasında yeni siyasi təqvimini hazırlayıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, uzun müddətdir ki, siyasi mövzularda kollaj rəsmlər çəkən rəssam Andrey Budaevin Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını əks etdirən son rəsmləri isə daha çox populyarlıq qazanıb.
Rəssamın fikrincə, təsvir etdiyi siyasi fiqurlar bu filmin üzərində tam olaraq otura bilib. Budaev ümid edir ki, rəsmləri siyasi liderlərin də xoşuna gələcək.