Leyla Şıxlinskaya Amaliya Pənahovanı ələ saldı

medeniyyet
27-10-2015, 12:49 1713
Leyla Şıxlinskaya Amaliya Pənahovanı ələ saldı Əməkdar artist Leyla Şıxlinskaya “5-ci element” verilişində maraqlı açıqlamaları ilə yadda qalıb.
O, “Gün keçdi” filmindəki onun Əsmər rolunu səsləndirən xalq artisti Amaliya Pənahovanı ələ salıb:
“Hər kəs bu rolu öz bildiyi kimi qavrayır. Amaliya xanım və başqa aktrisalar Əsmər obrazının sınaq çəkilişlərində iştirak edib. Məsələ yaşda deyil: kim kimdən böyükdür, kiçikdir. Sadəcə, onlar başqadırlar. Onlar bu rola yetkin qadın kimi yanaşdılar. Oradakı ehtiraslı səslər də obraza mane olurdu. Filmdəki münasibətlər daha incə, kövrəkdir. (Amalya Pənahovanı yamsılayır – red.) Filmdəki səsləndirməni eşidəndə tüklərim biz-biz oldu. Axı orada hər şey daha zərif idi".