Ramil Usubov deputatın oğlunu işdən çıxardı

sosial
26-10-2015, 11:35 1061
Ramil Usubov deputatın oğlunu işdən çıxardı Nazir əmr imzalayıb.
Milli Məclisin deputatı Elman Məmmədovun oğlu, Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov tutduğu vəzifədən azad olunub.
Bu haqda deputat özü məlumat verib.
Millət vəkilinin sözlərinə görə, oğlu işdən öz ərizəsi ilə çıxıb:
“Oğlum öz ərizəsi ilə işdən çıxıb. Hazırda sərəncama götürülüb. Ola bilsin ki, yaxın vaxtlarda yeni işlə təmin olunsun”.
Qeyd edək ki, Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov Daxili İşlər naziri Ramil Usubovun əmriylə tutduğu vəzifədən azad edilərək, sərəncama götürülüb. O, 1993-cü ildən başlayaraq yol polisində çalışır.