Təhsil Nazirliyi “Təhsil Televiziya”nı yaratdı

tehsil
20-10-2015, 10:01 1001
Təhsil Nazirliyi “Təhsil Televiziya”nı yaratdı Bu məktəblərdə dərslərin səmərəli təşkilinə hesablanıb.
Paytaxtın 202 saylı orta məktəbində qurulan studiya təhsil televiziyası üçündür.
Təhsil Nazirliyinin yaratdığı bu onlinə televiziya vasitəsilə təhsil sahəsində baş verən bütün xəbər və yeniliklərdən məlumat almaq mümkün olacaq.
Təhsil televiziyasında “təhsil saatı”, “təhsil gündəliyi”, “təməl”, “dərsdənkənar” verilişlər yayımlanacaq ki, bütün bunlar da məktəblərdə dərslərin səmərəli təşkilinə hesablanıb.
“Məktəblər üçün maarifləndirici proqramların təşkil olunması və dərslərin onlinə resurslarla tədrisi kimi məqsədlərə xidmət edən bir formatdır. Təhsil televiziyası layihəsi məhz “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın fəaliyyət planında bu öz əksini tapmışdır. Studiyada hazırlanacaq proqramlar məhz həmin formata uyğun olaraq icra olunacaqdır”, – deyə təhsil nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib.