Elmlər Akademiyasından doktorant və dissertantlara

tehsil
15-10-2015, 14:34 1191
Elmlər Akademiyasından doktorant və dissertantlara Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nazirlər Kabinetinin 29 sentyabr 2015-ci il tarixli, 258s nömrəli sərəncamına əsasən 2015/2016-cı tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.
AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul sənədləri 15.10.2015-ci ol tarixindən 05.11.2015-ci il tarixinədək hər gün 10:00-dan 07:00-dək qəbul ediləcək(şənbə və bazara günləri istisna olmaqla).
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar. Doktoranturaya qəbul üçün sənədlər AMEA-nın müvafiq institutuna (institutların ünvanı AMEA-nın www.science.az saytından əldə etmək olar) təqdim olunmalıdır.