Cathay Pacific Xəzər dənizi üzərindən uçmayacaq

sosial
14-10-2015, 10:48 941
Cathay Pacific Xəzər dənizi üzərindən uçmayacaq Şirkət xəbərdarlıq alıb.
Honqkonqun iri aviaşirkəti Cathay Pacific İran və Xəzər dənizi üzərindən uçuşlarını dayandırmaq qərarı alıb, bu, Rusiyadan Suriyaya qanadlı raketlərin buraxılması ilə əlaqədardır, South China Morning Post məlumat yayıb.
Şirkət Avropa aviasiya təhlükəsizliyi agentliyi tərəfindən xəbərdarlıq alıb, agentlik region üzərindən sərnişin avialaynerlərinin uçuşuna dair narahatçılığını bildirib.
Cari hava məkanında raket buraxılışlarının davam etdiyi halda Cathay Pacific şirkətinə bazarın, məsələn, Air France kimi digər liderlərinin də qoşula biləcəyi qeyd edilir.
Daha öncə Pentaqon Rusiyanı qanadlı raketlərin xəbərdarlıq etmədən buraxılmasına görə, “qeyri-peşəkarlıqda” ittiham etmişdi.