Nazirdən tələbələrə şad xəbər

tehsil
14-10-2015, 10:42 1149
Nazirdən tələbələrə şad xəbər
İlin sonuna qədər təhsil krediti almaq mümkün olacaq.
Təhail nazir Mikayıl Cabbarov bu barədə məlumat verib. O bildirib ki, cari ilin sonunadək Təhsil Nazirliyinin təşəbbüsü ilə tabeliyində olan 11 Ali təhsil müəssisəsinin iştiraki ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən, Maarifçi Fondu yaradılacaqdı. Həmin fond vasitəsi ilə tələbələrə uzun müddətli təhsil krediti və qrantlarının verilişinə başlanılacaqdı.
Nazir həmçinin beynəlxalq tələblərə uyğun yeni təhsil proqramlarının hazırlandığını da açıqlayıb. O qeyd edib ki, ölkənin ali təhsil şəbəkəsinin təkmilləşdirilməsi və müəllim hazırlığı işinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Müəllimlər İnstitutunun 3 filialı ləğv edilib. Bundan əlavə keyfiyyətli təhsil verilməsində rəqabətə davam gətirə bilməyən özəl universitetlərin də fəaliyyətinin dayandırılması prosesi davam edir.
Bütün bunları təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında çıxışı zamanı bildirib.