Məktəbə bağlı ömür

tehsil
13-10-2015, 14:39 1161
Məktəbə bağlı ömür
Bəzi yazılar gülüşlə yazılar, bəziləri məntiqlə, amma bu başlanılan yazı isə bütün duyğularla yazılır. Bir müəllim ömrü. Elmira müəllimə. Özünün dediyi bir aforizmi desək " Bir müəllim 8 il işləyərsə ona abidə qoyulmalıdır".
Köhnə məktəb binası. Saysız şagird addımı duyan koridorlar, otaqlar. Bir doğmalıq hissi yaşadan, keçmişə aparan addımlarımın tozlu döşəmə ilə təmasda yaratdığı səs. Və döydüyüm qapı arxasında gözləyən bir illərin müəllimi. İlk olaraq tanımadı. Sual doıu baxışlar hiss etdim. Adil müəllim , məqalə, haqqınızdakı yazmaq istəyim-dedikdə o bir deyimi hiss etdim. "Gözlərinin gülməsi". Sanki illərin tanışı, sanki 11 il təhsil vermiş bir müəllimdən ötə hiss yaşatdı. Və söhbətə heç əksilməyən həmin hisslə davam etdik.
Və söhbət başlandı.
Əhmədova Elmira 1942-ci ildə Bakı şəhərində anadan olub. ADPU-da dil- ədəbiyyat üzrə təhsil alıb. Müəllimin qeyd etdiyi kimi ilk olaraq texnikom bitirmiş və davamı olaraq ali təhsil almışdır. 229 nömrəli məktəbdə rus bölməsinin şagirdlərinə nə az, nə çox 40 il öz aldığı elmi öyrətmişdir. Və həmin məktəbdə elə 40 il müddətində dərs hissə müdiri üzrə çalışmışdır, Və 229 nömrəli məktəbdə 1971-ci ildən çalışmağa başlamışdır. Həmçinin 40 illik müəllimlik fəaliyyəti təkcə bununla bitmirNeftayırma zavodunda çalışmışdır. YAP-ın üzvü olmuş, həmçinin seçki məntəqəsinin sədri olmuşdur. İki uşaq, beş nəvə və nəticə sahibidir, Elmira müəllimə. Ailədən danışdı, övladdan, nəvədən. Diqqətimi çəkdi. Bütün ailə üzvləri ali təhsil almış. Və sanki iki qrup mövcud olmuşdur. Həkimlər və iqtisadçılar. Elə marağımı sualda saxlamayıb cavab istədim. " Dil - ədəbiyyata təkcə mən maraq etmişəm, övladlarımın isə özlərrinin marağı olmayıb. Qızımın həkimlik arzusu olub. Nəvəm də fərqlənmə ilə bitirib magistr təhsilini" - bunları danışdı Elmira müəllimə. Məktəb haqqında danışmasını istədikdə - direktorun Bağırova Fəridə, dərs hissə müdirinin isə Lalə müəllimə olduğunu bildirdi. Hər kəs tanıyır məktəbdə. Şagirdindən-müəllliminə, işçisindən-valideyninə. Getdiyim vaxt dərs çoxdan bitmişdir. Amma Elmira müəllimənin getmək istəyini hiss etmirdim. Təəccüblə soruwdum. Və xoş bir həyəcanla danışdı.
"Mənim artıq 70 yaşım tamam olduğundan iş fəaliyətimi bitirib təqaüdə çıxmışam. Lakin uşaqlardan ayrıla bilmirəm. Və məktəbin sanki məsləhətçisiyəm. Hamı mənim necə olduğumu tanıyır ".
Açıq qalmış qapıdan koridora nəzər saldım xəbərsizcə. Düşündüm bir müəllimə keçər və Elmira müəllimə haqqında söhbəti onunla davam etdirərəm. Vaxt səbəbindən kimsə yox idi. Amma bu an məktəb psixoloqu Kəmalə müəllimə otağa gəldi. Heç bir söz demədən sadəcə Elmira müəllimə deyib sual aurası yaratdı.
" Elmira müəllimə məktəbimizin sütunu, bizim anamız. Bu iki cümlə bəsdir "-dedi.
Bu cümləyə saədəcə susdum. Artıq soruşacaq sualım qalmamışdı. Və qarşımda 40 illik bir ömür, bir zəhmət hir həyat dayanmışdır. Heç bir xüsusi ad almayan amma 40 illik bir ömtü şagirdlərinə vermiş bir müəllimə.
ADMİU- nun tələbəsi Ağayeva Əfsanə