Aleksandr Lukaşenko rəsmən prezident oldu

dunya
12-10-2015, 10:05 847
Aleksandr Lukaşenko rəsmən prezident oldu O, səslərin 83,49%-ni toplayıb.
Lukaşenko növbəti beş illik müddətinə prezident seçilmiş oldu.
Oktyabrın 11-də keçirilən prezident seçkilərində 83,49% səslə Lukaşenko qalib gəlib. Səsvermə məntəqələri ötən gün yerli vaxtla saat 8:00-dan 20:00-dək fəaliyyət göstərib.
Belarus Respublikası mərkəzi seçki komissiyasının məlumatına görə, yaradılan 6 min 129 seçki məntəqəsindən, 29-u ölkə hüdudlarından kənarda yaşayan belarus vətəndaşları üçün qurulub.
Yeni seçilən prezident ən çox səsi Mogilov ərazisində (88,29%), ən az isə Minskdə (65,58%) yığıb.
Növbədənkənar prezident seçkiləri Belarusda oktyabrın 6-da start götürüb. 5 gün ərzində seçicilərin 1/3 hissəsi seçki məntəqələrində olub. Ölkədəki seçici siyahılarında qeyd olunan vətəndaşların yarısından çoxu səs verdiyi halda seçkilər baş tutmuş hesab olunur.
Ötən gün Minsk mərkəzində baş tutan yürüşdə 1500-ə yaxın insan Lukaşenkonu istefaya çağırıb və saxtalaşdırılmamış azad seçki tələbi ilə çıxış edib. Lukaşenko isə səsvermədənir az əvvəl bəyan edib ki, gələcək prezidentin hansı nəticə ilə qələbə qazanacağını vacib hesab edir.
Belarusda keçirilən etiraz aksiyası. 10 oktaybr 2015
Ümumiyyətlə, Aleksandr Lukaşenko Belarusa 1994-cü ildən prezidentlik edir. İlk dəfə 5 il müddətinə seçilən Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. Həmin ildə ikinci dəfə prezident kürsüsünə yiyələnən Lukaşenko 2004-cü il referendumunda iki dəfədən çox seçilməyə məhdudiyyət götürüldüyündən 2006-cı ildə yenidən dövlət başçısı ola bilib. 2010-cu il dekabrın 19-u keçirilən prezident seçkisinin ilkin nəticələrinə görə səslərin 79.67 faizini toplayıb.