Sabah Bakıda bal yarmarkası AÇILACAQ

sosial
9-10-2015, 16:02 1135
Sabah Bakıda bal yarmarkası AÇILACAQ Sabah - oktyabr ayının 10-da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılacaq.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sərgi-satış yarmarkasının təşkili üzrə işçi qrup bəyan edib ki, yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışına icazə veriləcək.
Keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədi olmayan arıçılıq məhsullarının yarmarkada nümayişinə və satışına yol verilməyəcək.
Yarmarka oktyabrın 30-dək davam edəcək